SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bakıda yeni metrostansiyalar tikiləcək.

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin BAKU.WS-ə verdiyi məlumata görə, Xətai stansiyasından Həzi Aslanov-2 stansiyasına qədər Nobel prospekti boyunca 3 stansiya inşa ediləcək. Qurum rəsmisinin sözlərinə görə, bu Bakı Metropoliteni xətlərinin konseptual inkişaf planında var.

"Plana əsasən 2030-cu ilə qədər qədər bütün stansiyalar tikilib istifadəyə veriləcək. Bizim mövcud yaşıl xəttin davamı olaraq Xətai stansiyasından Həzi Aslanov-2 stansiyasına qədər Nobel prospekti boyunca 3 stansiyamız olmalıdır. Onlardan biri də Ağ Şəhərə yaxındır”, - deyə Nəsimi Paşayev bildirib.

Ziya Səccad

BAKU.WS