VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"Sosial evlərə qeydiyyat başladıqdan sonra güzəştli mənzil almaq istəyən vətəndaşlarımızdan qeydiyyatdan keçmə vaxtının onların ev almaq imkanlarına təsirləri ilə bağlı suallar alırıq. Bəzi vətəndaşlarımız daha qısa zamanda qeydiyyatdan keçməyə çalışırlar. Bu mərhələdə nə zaman qeydiyyatdan keçmək sosial mənzil almaq imkanlarına təsir göstərmir".
 
BAKU.WS-in məlumatına görə, bunu iqtisadçı-alim Vüqar Bayramov söyləyib. Mütəxəssisin sözlərinə görə, sosial evlərə elektron müraciətin 2 mərhələdə həyata keçirilməsi nəzərdə tutulur:
 
"Artıq birinci mərhələ başlayıb və bu zaman sadəcə qeydiyyatdan keçmək tələb olunur. İkinci mərhələdə isə qeydiyyatdan keçən vətəndaşlara mənzil seçimi ilə bağlı müraciət ünvanlanacaq. Məhz bu zaman müraciətə daha tez cavab vermək və mənzili seçmək çox vacib olacaq. Yəni, birinci mərhələdə tez müraciət vacib olmasa da ikinci mərhələdə "ilk müraciət ilk mənzil” prinsipi tətbiq ediləcək. Bu baxımdan, ikinci mərhələdə mənzil almaq istəyən vətəndaşlarımızın daha tez müraciəti olduqca vacibdir".
 
V.Bayramov hesab edir ki, sosial mənzilə sahib olmaq istəyən vətəndaşlarımızın hammısının qeydiyyatdan keçməsinə ehtiyac var: "Hər bir vətəndaşın bu hüquqdan bir dəfə faydalanmaq imkanı var. Eyni zamanda, ilk il 2 minə yaxın sosial mənzil təklif ediləsə də, sonrakı illər hər il 3 min güzəştli mənzilin satılması nəzərdə tutulur. Bu isə o deməkdir ki, sosial mənzil almaq üçün indi şəxsi kabinet yaradıb hətta gələcəkdə bu hüquqdan faydalanmaq olar".
 
BAKU.WS