SİZİN REKLAM BURADA!
055 213 76 73


 


 

Zəngin ərəb şahzadə və şeyxləri yenidən Azərbaycana gəliblər.
 
BAKU.WS xəbər verir ki, Azərbaycanın Saatlı rayonunda olan şeyxlər çox guman ki qırmızı kitaba düşən nadir canlıları ovlamaq üçün bu bölgəyə səfər ediblər. 
 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) BAKU.WS-ə verilən məlumata görə, artıq nazirliyə bu məlumat daxil olub. Qurumun mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın sözlərinə görə, sözügedən faktla bağlı araşdırmalara başlanılıb.
 
Qeyd edək ki, Saatlı sakinləri virtualaz.org-a bildiriblər ki, ərəblər şəhərin mərkəzində hər cür şəraiti olan iki lüks ev kirayələyiblər.

"Belə görünür ki, ərəb qonaqlarımız Saatlıda hələ uzun müddət qalacaqlar. Belə ki, hər evi 4-5 aylığa kirayələyib və bunun üçün hər evin sahibinə bəri başdan 12000 manat ödəyiblər” - deyə rayondakı mənbələrimiz bildirib.

Məlumata görə, ərəb zənginləri ov əyləncəsi üçün Azərbaycanın ən böyük göllərindən olan Sarısu gölünün ərazisini seçiblər. Saatlıda yerləşən Sarısu gölünün faunası əsasən balıqlardan (çəki, sazan, karp, vobla), heyvanlardan (çöl donuzu, bataqlıq donuzu) ibarətdir. Bundan başqa burada olan əlverişli şərait hər il 300-350 min müxtəlif növ quşların (ördək, qaşqaldaq, qaz, sultan toyuğu, balkan, boz vağ) qışlamasını təmin edir.

Ərəb ovçuları artıq həmin əraziyə bir neçə konteynerdə ləvazimat da daşıyıblar. Kənar şəxslərin bu əraziyə girişi qadağan edildiyindən yerli sakinlərdə qonaqların hansı ov əyləncəsi ilə məşğul olacağı barədə məlumat yoxdur. Yerli sakinlər ova gələnlərin kim olduqlarını da bilmirlər.

ŞAHİN Həbibov
BAKU.WS