SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycan daha bir mötəbər beynəlxalq idman tədbirinə - "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi edərək tarix yazdı.
 
BAKU.WS-in məlumatına görə, "Bakı-2017”də iştirak edən ölkələr arasında Azərbaycan 75 qızıl medalla birinci oldu. İdman arenalarında Azərbaycanın dövlət himni 75 dəfə səsləndi, dövlət bayrağı 162 dəfə qaldırıldı.
 
Mayın 22-də Bakı Olimpiya Stadionunda idman həvəskarlarına bir çox unudulmaz, sevinc dolu anlar bəxş edən Oyunların təntənəli bağlanış mərasimi keçirildi.

Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım, "Bakı-2017” Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və digər ailə üzvləri iştirak edib. 
 
BAKU.WS