SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ermənistan ordusunda baş verən son hadisələrdən sonra çox sayda komandir istefaya göndəriləcək.  
 
BAKU.WS-in məlumatına görə, bu barədə "Joxovurd" qəzetinə etibarlı mənbələrdən informasiya daxil olub. Məlumatda bildirilir ki, son hadisələrdən orduda böyük ixtisarlar olacaq. 
 
Ermənistan müdafiə naziri Viqen Sarkisyan hərbi qulluqçuların həlak olması hadisələri ilə bağlı tapşırıq verib. Nazir bildirib ki, bütün günahkarlar ciddi cəzalandırılacaq. Qəzetin məlumatına görə, son bir neçə ayda çox sayda hərbçinin müəmmalı şəkildə ölümü naziri bərk qəzəbləndirib.
 
Bununla yanaşı, Azərbaycan ordusunun cavab tədbirləri və təxribatları vaxtında müəyyənləşdirərək qarşısını alması da Viqen Sarkisyanı çıxılmaz vəziyyətə salıb. Görünür erməni nazir bu uğursuzluqları bir neçə komandiri işdən qovmaqla ört-basdır etmək istəyir.
 
Ancaq istefalar çətin ki, Ermənistan ordusunda xaosu aradan qaldırsın. Düşmən 2016-cı ilin aprelindən sonra Ordumuz tərəfindən onlara endirilən zərbədən özünə gəlməyib. Erməni gənclər işğal edilmiş torpaqlarda ölmək istəməyərək Ermənistandan qaçmağın yollarını axtarır. Azərbaycan Ordusu torpaqların azad edilməsi əməliyyatına başlayan andan düşmən silahlarını ataraq qaçacaq. Necə ki, bunu 2016-cı ilin aprelində Mataqis polkunun komandiri polkovnik Arutyun Əmirxanyan etmişdi. Ordumuzun hücumu zamanı zamanı erməni polk komandiri döyüş meydanından rüsvayçılıqla qaçaraq canını qurtara bilmişdi. O yalnız hərbi əməliyyatlar dayandırıldıqdan sonra geri qayıtmışdı. Bundan bir müddət sonra yeni nazir təyin olunan Viqen Sarkisyan onun rütbəsini aşağı salaraq vəzifəsindən qovmuşdu. Deyilənə görə, istefaya göndəriləcək komandirlərin arasında Arutyun Əmirxanyanın yerinə yeni təyinat olan Qevork Manqasaryan da olacaq.   
 
Şahin Həbibov
BAKU.WS