SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakının Xətai rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

BAKU.WS-in report-a istinadən xəbərinə görə, Neftçilər prospekti ilə hərəkətdə olan, 1982-ci il təvəllüdlü Şənlik Şükürovun idarə etdiyi "BMW X5" markalı avtomobil yol kənarındakı sürücüləri məlumatlandıran monitorun dirəyinə çırpılıb.

Nəticədə avtomobil bir neçə hissəyə ayrılıb, sürücü və maşında olan sərnişin, 1985-ci il təvəllüdlü Babayeva Xatirə ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə şahidlərinin report-a verdiyi məlumata görə, qəzaya uğrayan maşın Neftçilər prospektində "Range Rover" markalı digər avtomobil ilə sürət yarışına çıxıb və nəticədə yol qəzası baş verib.

Qeyd edək ki, Ş.Şükürov "Salam Aleykum" restoranının sahibidir.
 
BAKU.WS