Bakı-Quba-Rusiya yolunda sürücülər üçün əsl tələ qurulub.

BAKU.WS- xəbər verir ki, sürücülər bu barədə avtosfer-ə şikayətlərində bildiriblər. Sürürücülər bildirirlər ki, yol nişanı dəyişdirilib. Yolun sürəti qeyri-qanuni olaraq aşağı salınıb.

Elçin Əliyev adlı sürücü ərazidən keçərkən həmin nişanı videoya çəkərək redaksiyamıza göndərib. Videodan da aydın görünür ki, yolda 90 km/saat nişanı qoyulub. Amma həmin yol nişanının altında 110 rəqəmi qeyd olunub. Sadəcə həmin işarənin üstündə qeyri-qanuni olaraq, kustar yolu ilə hazırlanmış nişan vurulub. Nişan ora adi məftillə birləşdirilib.

Həmin nişana yaxın ərazidə isə radar quraşdırılıb. Sürücülər isə o yolda sürətin 110 olduğunu bilir və oradan ötərkən qəfildən qarşılarına hərəkətin 90 olduğunu bildirən nişan çıxır. Yaxınlıqda quraşdırılan radar da avtomatik olaraq avtomobili çəkir. Bununla da, sürücünün 90-lıq yolda 110 ilə getdiyi məlum olur.

BAKU.WS  olaraq bu məsələni diqqət mərkəzində saxlayacağıq.

Ziya Səccad

BAKU.WS