SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Daxili işlər orqanlarında yeni təyinat olub.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Laçın rayon Polis Şöbəsinin rəisi Məhəmməd Kərimov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Nazirin digər əmri ilə Balakən rayon Polis Şöbəsinin rəis müavini Adil Əsədov tutduğu vəzifədən azad edilərək, Laçın rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin olunub.
 
BAKU.WS