SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
 
"ASAN xidmət” tikintisi başa çatdırılmamış tikililər üzrə mülkiyyət hüquqlarının əvvəlcədən qeydiyyatı barədə arayış verəcək. Yeni təlimata əsasən tikintisi başa çatdırılmamış tikililər üzrə mülkiyyət hüquqlarının əvvəlcədən qeydiyyatı və tikintisi başa çatdırılmamış daşınmaz əmlak üzrə hüquq sahibinə əvvəlcədən dövlət qeydiyyatına alınmış mülkiyyət hüquqlarının ipoteka ilə məhdudlaşdırılması (yüklülüyü) barədə reyestrdən arayış veriləcək.
 
BAKU.WS-in məlumatına görə, bu barədə Value and Sources konsaltinq şirkətinin nümayəndəsi Rəşad ƏIiyev söyləyib. O bildirib ki, daşınmaz əmlakın dövlət reyestrində əvvəlcədən qeydiyyata alınmış hüquqların yüklülüyü barədə ipoteka saxlayana reyestrdən arayış veriləcək: "Bu addım, tikintisi başa çatdırılmamış daşınmaz əmlakların ipoteka ilə alınmasının mümkünlüyü üçün yeni imkanlar açır. Artıq hiss olunur ki, tikintisi başa çatdırılmamış binalarda mənzillərin ipoteka kreditləri ilə alınması məsələsi yaxın vaxtlarda kompleks şəkildə həllini tapacaq". 
 
Gələcəkdə həllini tapmalı olan məsələlərdən biridə tikintisi başa çatdırılmayan binalarda mənzil alışının kreditləşməsi ilə bağlı risklərdi. Təsəvvür edin ki, bank tikintisi başlayan və ya davam etdirilən binada mənzil alışına ipoteka krediti verir. Bəs bina başa çatdırılmasa necə olacaq? Banklar bu riskləri necə aradan qaldıracaqlar?
 
R.Əliyev hesab edir ki, bu cür risklərin aradan qaldırılması üçün Mərkəzi Bank tərəfindən kreditləşmə mexanizmlərinə əlavə tələblər irəli sürülə bilər: "Belə tələblərə kreditin və ya tikinti işinin sığortalanması, tikinti şirkətləri tərəfindən bank zəmanətinin təqdim edilməsi və s. ola bilər. İstisna deyil ki, MB ancaq hazır binalarda mənzil alışına icazə versin".

Qeyd edək ki, bu cür risklərdən qorunmaq bankların öz ixtiyarına buraxıla bilər. Belə olan halda banklar əsasən tikintisi başa çatdırılmış binalar üzrə mənzil alışının kreditləşdirilməsinə üstünlük verəcəklər.
 
ŞAHİN Həbibov
BAKU.WS