VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
2015-ci ilin əvvəlinə ölkə əhalisinin ümumi sayının 50.2 faizini və ya 4 milyon 817 min nəfərini qadınlar təşkil edir. 
 
BAKU.WS məlumat verir ki, ötən il doğulmuş 170.5 min körpənin 46.4 faizi qızlardır. Qadınların 55.6 faizi nəsilvermə qabiliyyətinə malikdir. Orta hesabla hər 10 qadın dünyaya 22 uşaq gətirir. 
 
MDB-yə üzv ölkələrin əksəriyyətində bu göstərici 13-17 arasında dəyişir və yalnız Tacikistanda 35, Qırğızıstanda 26, Türkmənistanda 25-dir. 
 
Dövlətin daim diqqət mərkəzində saxladığı ən mühüm məsələlərdən biri də qadınların sağlamlığınını qorunmasıdır. Hazırda ölkədə 20 doğum evi, 138 qadın məsləhətxanası, 251 uşaq poliklinikası və ambulatoriyası var. Ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edən qadınların məşğul əhalinin ümumi sayındakı çəkisi isə 48,4 fazidir.
 
BAKU.WS