VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Milllət vəkili Qənirə Paşayeva Ankaradakı baş verən terror aktı ilə bağlı Doğan xəbər agentliyinə müsahibə verib. 
 
BAKU.WS məlumat verir ki, millət vəkili Qənirə Paşayeva, Ankarada baş vermiş terror aktı ilə əlaqədar danışaraq, Azərbaycanın, Türkiyənin hər mövzuda yanında olduğunu bildirib:
 
"Türkiyə vətənimiz qədər vətəndir. Yeri gəldiyində canımızı belə qurban verərik. Bu terror hadisəsi yalnız Türkiyədə yaşayan insanlarımızı deyil, Türkiyə sərhədləri xaricində, Türk Respublikalarında yaşayan insanları da eyni dərəcədə üzmüşdür. Azərbaycan Prezidenti İlham Əliyevdən başlayaraq, millət vəkillərimiz, qeyri-hökumət təşkilatlarımız, hamımız bir nəfər kimi qardaş Türkiyənin yanındayıq. Və terroru lənətləyirik ".

Millət vəkili Paşayeva, Türkiyənin üzərində oyunlar oynamaq istəyən xarici qüvvələrin olduğunu ifadə edərək, "Türkiyəni zəiflətmək istəyən qüvvələr anlamalıdırlar ki, Türkiyə yalnız Türkiyə vətəndaşları olan insanlar üçün deyil, Türkiyə sərhədləri xaricində olan başqa Türk Respublikalarında yaşayan milyonlarla insan üçün də vətəndir. "dedi. 
 
BAKU.WS