VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Heydər Əliyev Fondunun icraçı-direktoru, Heydər Əliyev Mərkəzinin direktoru, Azərbaycan Avtomobil federasiyasının rəhbəri Anar Ələkbərov Azərbaycan respublikasının I vitse-prezidenti Mehriban xanım Əliyevanın köməkçisi təyin olunub. 

BAKU.WS-in əldə etdiyi məlumata görə, bununla bağlı rəsmi təyinat olub. Yaxın vaxtlarda ictimaiyyətə məlumat veriləcəyi gözlənilir. 

Qeyd edək ki, Heydər Əliyev Fondunun rəsmi açılış mərasimi 10 may 2004-cü ildə baş tutub. Anar Ələkbərov həmin tarixdən Fondun icraçı-direktoru vəzifəsini daşıyıb. 
 
BAKU.WS