SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bu gün səhər Zığ yolunda baş verən dəhşətli qəza ilə bağlı maraqlı məqamlar əldə etmişik.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, səhər saatlarında baş verən və 3 nəfərin maşında yanaraq ölməsi ilə nəticələnən dəhşətli qəzanın sual doğuran məqamları var. Hazırda qəzanın hansı şəraitdə baş verdiyi, ölənlərin şəxsiyyəti müəyyənləşdirilir. 

"Qafqazinfo" "VAZ-2107" markalı avtomobilin üstündə olan və sıradan bir dövlət nömrə nişanı sayılmayan 10 AX 002 nömrəsi ilə bağlı kiçik bir araşdırma aparıb. Məlum olub ki, bundan əvvəl sözügedən dövlət nömrə nişanı "Mercedes BENZ SLS" markalı iki qapılı sport stilli avtomobilin üzərində olub. Bu avtomobildə gənc bir oğlanın da fotoları var. Olduqca bahalı avtomobildən götürülərək "07"yə vurulan nömrə həm də onun sahibinin avtomobil kolleksiyası olması ehtimalını yaradır. 

Daha bir maraqlı məqam: qəza zamanı hər iki avtomobilin ön nömrəsinin çıxarılması da diqqətdən yayınmayıb. Sözügedən nörmənin "Mercedes" markalı avtomobilin üzərindəki fotolarını təqdim edirik:

Məlumat üçün bildirək ki, "AX" seriyalı nömrələr adətən hüquqi şəxslərə məxsus olur. 
 
BAKU.WS