VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində bu ilin 9 ayı ərzində 170-dən artıq sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlayıb.

 

BAKU.WS-in məlumatına görə, Azərbaycanın iqtisadi inkişaf və sənaye naziri Şahin Mustafayev bildirib. O, proqram çərçivəsində 430-dan artıq müəssisənin isə tikintisi davam etdirildiyini vurğulayıb.


Nazirin sözlərinə görə, bu dövrdə regionlarda 34 məktəb, 26 bağça, 11 səhiyyə, 8 gənclər və idman, 24 mədəniyyət müəssisəsi tikilib: "Hazırda 250-yə yaxın sosial obyektin təmir-tikintisi davam etdirilir. "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində 2015-ci ilin ötən 9 ayı ərzində 11 gənclər və idman obyekti, 11 məktəb, 7 uşaq bağçası, Respublika Əlillərin Bərpa Mərkəzi istifadəyə verilmiş, 60-a yaxın sosial obyektdə isə işlər davam etdirilir”.


Ziya Səccad

BAKU.WS