SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Apple” şirkətlərinin Çin və Tayvandakı avadanlıqlarında yeni virus yaranıb.
 
BAKU.WS məlumat verir ki, "YiSpecter” adlı virusun yayılmağı haqda "Cnet" xəbər agentliyi məlumat yayıb.
 
Yeni virus reklam elanlarını göstərir və ixtiyari olaraq reklam məlumatlarını göstərmək üçün köhnə əlavələri əvəzləyib yeni əlavələri yükləmək və işə salmaq imkanına malikdir. Həmçinin virus istifadəçidən soruşmadan qeydə alınmış axtarış sistemini dəyişə bilir, yeni əlavələri bağlayır və avadanlıq haqqında məlumatları brauzerə yükləyir.
 
Kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış "Paolo Alto Networks” şirkətinin mütəxəssislərinin sözlərinə görə, "YiSpecter” virusu bir çox imkanlara malikdir və çox vaxt QVOD əlavəsi altında gizlənir.
 
"Apple” şirkətindən olan mənbə isə müştərilərə bütün baş verən hadisələr barədə məlumatlı olmağı və kontentin ancaq rəsmi "App Store” mağazalarından yükləməyi məsləhət görüblər.
 
Hazırda virusa yoluxmuş avadanlıqların sayı məlum deyil. Ancaq bu virus ötən ilin noyabr ayından mövcuddur və xüsusilə də Asiyada geniş yayılıb.
 
BAKU.WS