VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
 
Ermənistanda toy mərasimlərində Azərbaycan milli musiqiləri ifa olunur. 
 
BAKU.WS-in məlumatına görə, xüsusilə erməni gəlinlər bizim milli musiqilərimizin müşayiəti altında rəqs edirlər. 
 
Azərbaycan torpaqlarını işğal etmiş ermənilər özününküləşdirmə siyasətini musiqimizə də tətbiq edirlər. Qara zurna ilə ifa olunan xalq mahnılarımız, "Uzun dərə" və digər mahnılar erməni toylarında bəh-bəhlə səsləndirilir. 
 
Tarix boyu Azərbaycan mədəniyyətindən "bəhrələnən" ermənilər toy adətlərini və musiqilərini də bizdən oğurlamaqda davam edir.
 
BAKU.WS sosial şəbəkələrdə ermənilər tərəfindən paylaşılan videoları təqdim edir. Ermənilərin bu əməllərinə siz özünüz qiymət verin. 
 
ŞAHİN Həbibov