SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Gürcüstan Müsəlmanları İdarəsi (GMİ) ilə "SOCAR Georgia” şirkəti Gürcüstandakı daha 19 məscidin pulsuz olaraq təbii qazla təmin olunması barədə razılığa gəliblər.

BAKU.WS Azadlıq.info-ya istinadən xəbər verir ki, GMİ-nin sədri Ramin İgidov "SOCAR Georgia” 2016-cı ilin sonunadək Gürcüstanda digər dinlərə məxsus məbədlərlə yanaşı 20 məscidi də təmənnasız olaraq təbii qazla təmin edildiyini bildirib. Bu ildən etibarən isə həmin siyahıya daha 19 məscid əlavə olunacaq. Bununla da Gürcüstanda "mavi yanacaqla” təmənnasız təmin olunan məscidlərin sayın 39-da çatacaq.

R.İgidov bu xeyirxah addımına görə, GM adından Azərbaycan dövlətinə, SOCAR-a və şirkətin Gürcüstan nümayəndəliyinə minnətdarlığını bildirib.

Arzu Mirzəyeva
BAKU.WS