VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


17 Mart tarixində 28 Mall-da təlim məqsədli təxliyyə planı həyata keçirildi. 
 
BAKU.WS-in məlumatına görə, keçirilən təlimdə əsas məqsəd ticarət mərkəzinda çalışan işçi heyətinə fövqaladə hallar zamanı davranış normalarını bir daha xatırlatmaq idi.

Səhər saatlarında keçirilən təxliyyə təlimi zamanı təhlükə siqnalını eşidən hər kəs ticarət mərkəzi binasını tərk etməli idi. Binanı tərk edənlərin toplaşma məntəqəsi isə binanın arxa hissəsi idi.  15  dəqiqə ərzində davam edən təxliyyə təlimində ticarət mərkəzi təhlükəsizlik xidməti əməkdaşları binada heç kimin qalmadığına əmin olduqdan ərazini ən son olaraq tərk etdilər. Təlimin bitdiyi elan edildikdən sonra isə ticarət mərkəzi normal qaydada iş rejiminə davam etdi.

Qeyd edək ki, təxliyyə təlimi il ərzində 2 dəfə həyat keçirilir. Təxliyyə təlimlərinin əsas məqsədi ticarət mərkəzi ərazisində çalışan işçi heyətinin baş verə biləcək fövqaladə tədbirlərə hazırlıqlı olmasıdır. 

Bayram günləri ərzində isə 28 Mall gücləndirilmiş iş rejimi ilə fəaliyyət göstərəcəkdir. 
 
BAKU.WS