SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
 
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, qəza nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb. Yaralı olan 2 nəfərin vəziyyəti kritikdir. 17 nəfər xəsarət alan sərnişinlər Sumqayıtdakı xəstəxanalara yerləşdiriliblər.   
 
*** 10.37
 
"Ford-Tranzit” markalı sərnişin mikroavtobusunun maneəyə çırpılması nəticəsində Sumqayıt Dövlət Universitetinin iki tələbəsi həyatını itirib, bir neçə tələbə isə müxtəlif dərəcəli bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.
 
Bakı-Sumqayıt yolunda sərnişin avtobusunun qəzaya uğraması nəticəsində ölən və xəsarət alanların bəzilərinin adları məlum olub.

Abşeron rayon Təcili Tibbi Yardım Stansiyasından Trend-ə verilən məlumata görə, hadisə nəticəsində ölənlərdən biri 1997-ci il təvəllüdlü Aygün Məmmədovadır.

Bundan başqa, 2 nəfər - 1997-ci il təvəllüdlü Canıyev Rəşad Füzuli oğlu və 1997-ci il təvəllüdlü Həmidov Emin Vaqif oğlu ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.
 
Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hadisə Bakıdan Sumqayıta hərəkət edən sərnişin avtobusunun yük maşınına çırpılması nəticəsində baş verib. Qəza nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb, 10-a yaxın yaralı var.

SDU-nun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, hal-hazırda Sumqayıt Dövlət Universitetinin rektoru, prorektorlar və dekanlar hadisə yerindədirlər. İrəliləyən dəqiqələrdə hadisə ilə bağlı informasiya veriləcək. 

Qəza zamanı dünyasını dəyişən tələbələrin adları məlum olub. SDU-nun mətbuat xidmətin rəhbəri Nazxanım Cəlilova bildirib ki, Fizika fakültəsinin 3-cü kurs tələbələri Quliyev İbrahim və Nəsibov İbrahim qəza zamanı dünyasını dəyişib.

BAKU.WS