Dünya karatesinin "Brilyant oğlanı” Rafael Ağayev karyerası ərzində daha bir parlaq qələbəyə imza atıb. 


BAKU.WS-in məlumatına görə, Rafael Ağayev İstanbulda keçirilən Bosfor Boğaz turnirində bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Rafael Ağayev turnir ərzində 5 döyüş keçirib. Çox ağır keçən final görüşündə də rəqibini üstələyən "Brilyant oğlan” qızıl medalı boynundan asıb. 


Qeyd edək ki, Rafael Ağayev karyerası ərzində 5 dəfə Dünya, 10 dəfə isə Avropa çempionu adını qazanıb. Karateçimiz həmçinin 2013-cü ildə keçirilən Dünya Oyunları və Dünya Döyüş Oyunlarında da qızıl medal qazanıb. 

 

Azər Məmmədov 

BAKU.WS