SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
 
BAKU.WS xəbər verir ki, sərəncamda qeyd olunur:
 
1. Aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvləri təyin edilsinlər:
 
dövlət orqanlarından
 
Süleymanov Tahir Veys oğlu - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini
 
Babayev İntiqam Vaqif oğlu - Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini
 
Bayramov Ceyhun Əziz oğlu - Azərbaycan Respublikası təhsil nazirinin müavini
 
Bayramov Rafiq Yasin oğlu - Azərbaycan Respublikası Mədəniyyət və Turizm
Nazirliyi Aparatının rəhbəri
 
Məmmədov Cavid Nəriman oğlu- Azərbaycan Respublikası Maliyyə Nazirliyinin
Sosial sahələrin maliyyəsi şöbəsi müdirinin müavini
 
gənclər təşkilatlarından
 
Mehdiyev Nurəddin Səftər oğlu - "Bizim Nəsil” Gənclərin Regional İnkişaf
Assosiasiyasının sədri
 
Seyidov Mirhəsən Mirheydər oğlu - "İrəli” İctimai Birliyinin sədri
 
Hüseynov Seymur Elşad oğlu - Azərbaycan Respublikası Gənclər Təşkilatları
Milli Şurasının sədri
 
Orucov Seymur Vaqif oğlu - "Gənclərin İntellektual İnkişafına Yardım” İctimai
Birliyinin İdarə Heyətinin sədri
 
2. "Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 mart tarixli 2757 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 3, maddə 263) ləğv edilsin.
 
BAKU.WS