SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Düşmənin təxribat qrupu məhv edilib.

BAKU.WS-in Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərdə bildirilir ki, martın 2-nə keçən gecə cəbhənin Ağdərə-Tərtər istiqamətində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək məqsədilə mövqelərimizə basqın etməyə cəhd göstərib.

Dərhal görülən tədbirlər nəticəsində düşmənin canlı qüvvəsi məhv edilib və o, geri çəkilməyə məcbur olub.

Qoşunlarımız heç bir itki verməyib və əməliyyat şəraiti tam nəzarətimizdədir.

Arzu Mirzəyeva
BAKU.WS