SİZİN REKLAM BURADA!
055 213 76 73


 


Yasamal rayonu Şərifzadə küçəsi 196 ünvanında heç bir təhlükəsizlik normaları gözlənilmədən iş aparılır. 


BAKU.WS-in redaksiyasına göndərilən videodan görünür ki, hündürmərtəbəli binada mansard tikilir. Ancaq tikinti işləri təhlükəsizlik qaydalarına riayət edilmədən aparıldığı üçün ətrafda olan insanların həyatı üçün böyük təhlükə yaranır. "Şazi MMC" tərəfindən aparılan tikinti işləri zamanı binanın damından düşən şifer parçaları aşağı düşür. Binanın həyətində maşınların saxclanıldığı və insanların hərəkət etdiyini nəzərə alsaq insanların ölümlə üz-üzə olduqlarını söhləmək olar. Sakinlərin BAKU.WS-ə verdikləri məlumata görə, onlar tikinti işlərinin aparılmasından narazıdırlar. Hətta sakinlərdən biri 3 ay bundan əvvəl də həmin ərazidə aparılan tikinti işləri zamanı avtomobilinə ziyan dəydiyini ancaq buna görə ona təzminat ödənmədiyini bildirib. 
 
Maraqlıdır görəsən tikinti aparan şirkət niyə elementar təhlükəsizlik qaydalarına əməl etməyərək insanlarımızın həyatını təhlükəyə atır? Əgər binanın damından düşən şifer və taxta parçaları maşınları əzərək insanlara xəsarət yetirsə məsuliyyət kimin üzərində olacaq? Yasamal Rayon İcra Hakimiyyəti tikintiyə nəzarət edərək tədbir görsə işin xeyrinə olar.  

Azər Məmmədov
BAKU.WS