SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Neçə illərdir ki, hamı çıxış edir. Bunlar nə üçündür? Özümüz deyib, özümüz də eşidirik”.

"Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Zeynəb Xanlarova deyib. O bildirib ki, torpaqların işğaldan azad edilməsi məsələsində gözləmək lazım deyil:
 
"Danışıqlar, müzakirələr mənə çatmır, onsuz da qulaq asmırlar. Müharibə etməliyik, torpaqlarımızı azad etməliyik. 25 ildir, xeyli şəhid vermişik. Niyə belə olmalıdır?! ATƏT-in Minsk Qrupunun addımını gözləməli deyilik. Ermənilər bizim evimizə girib. Hər dəfə ölməkdənsə, birdəfəlik ölmək lazımdır. Hər dəfə şəhid xəbəri gələndə elə bilirəm, balalarım ölür. Nə vaxta qədər dözməliyik? Onlar müsəlmanların düşmənləridirlər. Niyə icazə almalıyıq ki?”
 
BAKU.WS