VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
 
Lerik rayonunda qar uçqunu baş verib.

BAKU.WS-in xəbərinə görə, Lerik rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumatda, hadisə səhər saatlarında rayonun Orat kəndində baş verib. Kənd sakini, 1958-ci il təvəllüdlü Mustafayev Əhliman Həbibulla oğluna məxsus ev qar uçqununun altında qaldığı bildirilir.

Hadisə nəticəsində Ə.Mustafayevin həyat yoldaşı, gəlini və 3 azyaşlı nəvəsi uçqun altında qalıb.

Hadisə yerinə xilasedicilər cəlb edilib. Xilasedicilər uçqun altından bir azyaşlı uşağı sağ xilas etsələr də, həmin uşaq da aldığı xəsarətlər nəticəsində ölüb.

Qar uçqununun altında qalan ev Orat kənd bələdiyyəsinin sədri Amil Mustafayevin atası Ə.Mustafayevə məxsusdur.
 
Arzu Mirzəyeva
BAKU.WS