SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilib.

BAKU.WS-in məlumatına görə, Təhlükəsizlik Şurasının iclası keçirilib və iclasda birinci vitse – prezident Şura üzvlərinə təqdim olunub.

İclasda Mehriban Əliyeva yeni vəzifəyə seçildikdən sonra öz ürək sözlərini söyləyib: 
 
"Biz fəxr edirik ki, ölkəmizdə baş verən müsbət dəyişikliklərdə kiçik də olsa tövhə verməyi bacarmışıq. Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edirik. Hörmətli prezident və hörmətli Təhlükəsizlik Şurasının üzvləri, sizi əmin edirəm ki, ölkəmizin və xalqımızın maraqlarını hər bir şeydən üstün tutacağam. Azərbaycana layiqlə xidmət etməyə çalışacağam. Bir daha göstərdiyiniz etimada görə sizə dərin minnətdarlığımı bildirirəm". 
 
BAKU.WS