SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Azərbaycan hökuməti Avrasiya İttifaqına üzvlük məsələsini nəzərdən keçirir. Ancaq bu bu Ermənistan qoşunlarının Dağlıq Qarabağdan çıxarılmasından sonra mümkün ola bilər. 


BAKU.WS-in vestnikkavkaza saytına istinadən verdiyi məlumata görə, bu bəyanatla xarici işlər naziri Elmar Məmmədyarov çıxış edib. "Ermənistanın ərazilərimizi işğal etməyi bizim bu dövlətlə bir ittifaqda yer almağımızın qarşısını alır. Əgər Ermənistan Qarabağdan öz qoşunlarını çıxarsa və əgər iki ölkə arasında iqtisadi əlaqələr normallaşsa, kim bilir sabah nə baş verəcək? Necə deyərlər "heç vaxt heç vaxt demə”, - deyə azərbaycanlı nazir "Rossiya 24” kanalına müsahibəsində belə deyib.

 

Qərb universitetinin professoru, politoloq Fikrət Sadıqov Azərbaycanın Minsk qrupunun fəaliyyətsizliyi üzündən çətin vəziyyətə düşdüyünü və bu müddət ərzində ölkəmizin Avrasiya İttifaqı da daxil olmaqla müxtəlif təşkilatlara üzv olmağa dəvət olunduğunu bildirib: "Ancaq bizim üçün aparıcı dövlətlərin torpaqlarımızın azad edilməsi yönündə göstərdikləri səylər önəmlidir. Yalnız bundan sonra hansısa təşkilata üzvlük baxıla bilər”. 


"Hazırki vəziyyətdə söhbət Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və ona bitişik 7 rayonundan gedir. Azərbaycan bu torpaqların azad edilməsi yönündə Rusiyadan regionun aparıcı dövləti kimi Ermənistana təzyiq gözləyir”, - deyə politoloq bildirib. 

 

Azad Əliyev

BAKU.WS