SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"VTB" qrupu Moskvada yerləşən "Velozavodski rınok" Açıq Səhmdar Cəmiyyətinin səhmlərini satışa çıxarıb.
 
BAKU.WS-in məlumatına görə, ASC-nin bütün səhmləri 712 milyon rubl (22 milyon AZN) qiymətində müəyyənləşdirilib. Məlumata görə, səhmləri "Kiyevski ploşad" Qapalı Səhmdar Cəmiyyətinin sahibləri olan azərbaycanlı milyarderlər Qod Nissanov və Zaxar İliyev alıb. QSC bu məlumatı təsdiqləyib. 

"Kiyevski ploşad" QSC-nin nümayəndəsi söz verir ki, "Velozavodski rınok"ı genişmiqyaslı yenidən qurma gözləyir. Beləliklə bu bazar bütün lazımlı infrastrukturla təchiz olunacaq müasir kənd təsərrüfatı ticarət kompleksi olacaq. Satıcılar və alıcılar üçün rahat şərait yaradılacaq. 
 
Azərbaycandan olan yəhudi milyarderlər Qod Nisanov və Zarah İliyev, habelə onların ortaqları İlham Rəhimov birgə çalışırlar. Milyarderlər İliyev, Nisanov və Rəhimov (Putinin tələbəlik dostu) Rusiyanın ən iri daşınmaz əmlak sahibləridir. Onların ofislərin və ticarət mərkəzlərinin icarəyə verilməsindən illik gəliri 1,3 milyard dollara yaxındır.

Şahin Həbibov
BAKU.WS