SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Paytaxtda qarlı, şaxtalı hava şəraiti hökm sürür.   
 
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov BAKU.WS vasitəsilə sürücü və piyadalara müraciət edib. 
 
O, bildirib ki, qarlı hava şəraiti ilə əlaqədar səhər saat 4 radələrindən Bakı Şəhər Dövlət Yol polisinin və Bakı Şəhər Qış Qarajının bütün şəxsi heyəti səfərbər edilib. Yol polisi xüsusi texniki vasitələrlə ərazidə xidmət aparır.
 
"Məhz bunun nəticəsidir ki, səhər saatlarından bu vaxta kimi paytaxtın inzibati ərazisinə düşən küçə və prospektlər üzrə avtomobillərin intensivliyi müşahidə olunmur və yolun qardan təmizlənməsi prosesləri davam etdirilir. Bəzi enişli-yoxuşlu ərazilərdə sürüşmə ehtimali var. Fürsətdən istifadə edərək bütün sürücülərə müraciət edib bildirmək istəyirəm ki, vəziyyəti nəzərə alıb mümkün qədər şəxsi avtomobillərindən istifadə etməsinlər. Hava şəraitini nəzərə alaraq ictimai nəqliyyat vasitələrindən istifadə etmək məsləhətdir. Yaxşı olardı ki, piyadalar səkilər üzrə hərəkət etsinlər. Bundan əlavə müşahidə edirik ki, hərəkət edən avtomobillərin faraları qardan təmizlənməyib. Bu çox təhlükəlidir. Ən azından dövlət nömrə nişanları və faralar hava şəraitindən aslı olmayaraq təmiz saxlanılmalıdır", - deyə Vaqif Əsədov bildirib.
 
Vaqif Əsədov deyib ki, hazırda bəzi yollarda, tunellerin giriş-çıxış hissələrində buzlaşma ehtimalı var. Buzlaşma axşama doğru davam edərsə o zaman sürücülərin öz avtomobillərindən istifadə etməmələri tövsiyyə olunur. "Narahatçılığa heç bir əsas yoxur. Hava şəraiti ilə əlaqədar olaraq bütün texnika və işçi heyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər. Yetərincə duz ehtiyyatı, texnika sayı və əmək qüvvəsi mövcuddur", - deyə Vaqif Əsədov vurğulayıb.  

Arzu Mirzəyeva
BAKU.WS