SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Sumqayıt Dəmiryol Vağzalının binasının söküntüsünə başlanılıb.

 

"Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun BAKU.WS-ə verdiyi məlumata görə, hazırda orada müasir standartlara cavab verən yeni vağzal inşa olunur.


"Bundan əlavə Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının istifadəyə verilməsi ilə əlaqədar Sumqayıt Dəmiryol Vağzalı ərazisində köməkçi dəmiryolu xətləri də çəkilib. Hazırda sərnişinlərin qatarları gözlədikləri zaman dayanmaları üçün dayanacaqlar quraşdırılır və platformada üzləmə işləri aparılır” , - deyə Nadir Əzməmmədov bildirib.

Qurum rəsmisi bildirib ki, tikinti işlərilə bağlı əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə vağzalda yeni yeraltı keçid inşa olunur. Sərnişinlər dəmir relslərinə toxunmamaq üçün həmin keçiddən istifadə edə bilərlər.

Nadir Əzməmmədov bəzi kütləvi informasiya vasitələrində bu tələbləri pozanların 50 manat cərimələnməsinə də münasibət bildirib.

"Bu informasiya həqiqətə uyğun deyil. Bizim vətəndaşları cərimələməyə ixtiyarımız yoxdur. Sadəcə əməkdaşlarımız orada nəzarət aparır ki, bədbəxt hadisə baş verməsin”, - deyə Nadir Əzməmmədov vurğulayıb.

Ziya Səccad
BAKU.WS