SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bu gün günorta saatlarından başlayaraq Bakının mərkəzi küçələrində sıxlıq yaranıb. 

BAKU.WS xəbər verir ki, hazırda şəhərdaxili yollarda buzlaşma hiss olunmasa da, nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur. Xüsusilə də sıxlıq "Azneft" dairəsində və Neftçilər prospektində hiss olunur. 
 
Qeyd edək ki, sıxlığın yaranmasına səbəb Yusif Səfərov küçəsinin bir-neçə hərəkət zolağı enində genişləndirilməsi səbəb olub. Artıq 1 həftədir ki, küçənin 28 may küçəsi ilə kəsişməsindən Üzeyir Hacıbəyli küçəsi ilə kəsişməsinədək olan hissəsində yol ayrıcında söküntü işləri aparılır. Həmin hissədə yolun hər iki istiqamət üzrə 3 hərəkət zolağından 6 hərəkət zolağına qədər genişləndirilməsi nəzərdə tutulub. Genişləndirmə işləri sözügedən ərazidə xüsusən günün pik saatlarında müşahidə olunan sıxlığın xeyli dərəcədə azalmasına gətirib çıxaracaq.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin hərəkətin təhlükəsizliyinin təbliği və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik-leytenant Vaqif Əsədov BAKU.WS-ə açıqlamasında bildirib ki, hava şəraitindən asılı olmayaraq yol polisi əməkdaşları nəqliyyatın hərəkətinə mütamadi olaraq nəzarət edir. Paytaxt küçələrində sıxlığın yaranmaması üçün lazım olan bütün zəruri addımlar atılır. 
 
BAKU.WS
FOTO: ZAUR