VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsinin sakinləri illərdir evlərində dustaq olublar, evindən çıxan isə qayıda bilmir.

BAKU.WS-in məlumatına görə, "Daş bazarı" adlanan ərazidə yaşayan sakinlər yol və kanalizasiya problemlərindən əziyyət çəkirlər. Havanın yağmurlu olması bir yana, kanalizasiya suyu da yolu tamam kəsib. Hətta yolsuzluq avtomobili ilə də yaşayış massivinə girmək mümkün deyil. 
 
Sakinlərin dediyinə görə, hətta yük maşını belə yoldan keçməkdə çətinlik çəkir. Qəsəbədə üfunət qoxusundan burun tutulur. Dəfələrlə Binəqədi rayon icra hakimiyyətinə, Binəqədi bələdiyyəsinə müracitə olunsa da, problemin həlli bir yana, heç maraqlanan da olmayıb.
 
Halbu ki, Binəqədi rayon icra başçısı Xaləddin İbrahimovun 2014-cü ilin 19 iyununda imzaladığı sərəncama əsasən "Təmiz Binqədi” layihəsinə start verilmişdi. Layihəyə əsasən, qısa müddətdə Binəqədinin bütün problemləri öz həllini tapmalı, küçə və prospektləri abadlaşdırılmalı, su və kanalizasiya xəttləri yenilənməli idi. Amma görünən odur ki, Xaləddin İbrahimovun sərəncamı sadəcə kağız üzərində qaldı. Binəqədinin bəzi yerləri isə gündən-günə xarabalığa çevrilir. 

BAKU.WS qəsəbə sakinlərinin lentə aldığı kadrları təqdim edir: