VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Ermənistan KİV-i Qarabağ ətrafında gedən siyasi və hərbi proseslər barəsində yeni məlumatlar tirajlayır.
 
BAKU.WS-in məlumatına görə, mətbuat həyəcan içində oxucularına Qarabağda yeni genişmiqyasılı əməliyyatların olacağı anonsunu verir. 

Ermənilər iddia edir ki, Azərbaycan təmas xəttində möhkəmlənir və cəbhəyə texnika və canlı qüvvə toplayır. Qeyd edilir ki, Azərbaycan genişmiqyaslı müharibəyə hazırlaşır.

Karneqi Mərkəzinin eksperti Tomas de Vaal hesab edir ki, rəsmi Bakı yeni hərbi əməliyyatlara başlamağa çalışacaq. Hərbi ekspertin sözlərinə görə, hətta Azərbaycan tərəfi işğal olunan əraziləri azad edərək erməniləri danışıqlar masasına oturtmaq niyyətindədir: "Azərbaycan bu dəfə aprel döyüşlərindən daha böyük genişmiqyaslı hərbi əməliyyatlara başlayacaq. Azərbaycan ictimaiyyətinin hakimiyyətə daha çox əraziləri işğaldan azad etmək barədə təzyiqi olacaq. Ermənistan ictimaiəti isə hakimiyyətdən qətiyyətlə vuruşmağı və apreldə itirilən torpaqların qaytarılmasını tələb edəcək", - deyə ekspert yazır.

Qarabağda son bir neçə gün vəziyyət bir xeyli gərginləşib. Ermənistan tərəfi cəbhədə ağır artilleriyadan istifadə edərək vəziyyəti gərginləşdirir. Azərbaycan ordusu isə düşmənin müxtəlif mühəndis qurğularını və atəş nöqtələrini məhv edib. Ağır döyüşlər nəticəsində Ermənistan ordusu çox sayda itki verib. Hazırda Xankəndindəki hospitala çox sayda yaralı erməni əsgər gətirilib. Artıq Ermənistan Müdafiə Nazirliyi rəsmi olaraq bir hərbçinin öldüyünü, digərinin isə ağır yaralandığını açıqlayıb. Ancaq Ermənistan KİV-i itkilərin dəfələrlə çox olduğunu yazır.  

Şahin Həbibov
BAKU.WS