VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə rəsmi səfərdədir və orada Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker və başqa rəsmi şəxslərlə görüşlər keçirəcək. Ancaq Azərbaycan dövlət başçısının gəlişinə təkcə Avropa Birliyinin xadimləri yox, həm də Azərbaycandan və Avropadan olan bəzi "vətəndaş fəalları" hazırlaşıblar. "Vətəndaş fəalları"nın niyə dırnaq arasına alındığı bir az aşağıda aydın olacaq. Hələlik isə...

Virtualaz.org-a məlum olub ki, fevralın 6-da "aktivist" Emin Milli Brüsseldə, Avropa parlamentindəki tədbirdə (otaq - A3H-1) Azərbaycandakı vəziyyət və Avropa Birliyi ilə ölkənin münasibətləri haqda nitqlə çıxış etməyə hazırlaşır. Bu çıxışa Bakıdan skayp vasitəsi ilə jurnalist Xədicə İsmayılova da qoşulacaq.

Ayrıca vurğulanır ki, tədbir Prezident İlham Əliyevin Brüsselə səfəri ilə bağlıdır. Amma ən maraqlısı odur ki, bu "tədbirin” təşkilinə Avropa Parlamentinin üzvləri kömək göstərirlər. Onların arasında Çexiyadan olan, öz ermənipərəst mövqeyi və parlaq anti-Azərbaycan çıxışları ilə tanınmış məşhur deputat Yaromir Ştetina da var.

Əslində Emin Millidən, hansı ki, onunla birbaşa əlaqəli olan Meydan TV-də "ermənilərin soyqırımını" tanımağa çağıran materiallar yayılır, "bu, Türkiyənin problemidir, qoy o da ayırd etsin” deyilir, sonra da Brüsseldə "Artsax" tərəfdarlarının maliyyə dəstəyi ilə Azərbaycan Prezidentinin səfəri ilə bağlı fitnəkar tədbir təşkil edir, başqa nə gözləmək olar ki?!

Budur, məhz bəzi Avropa parlamentarilərinin anti-Azərbaycan maliyyə köməyindən iyrənmədiyinə, "ermənilərin soyqırımını" tanımağa çağırdığına görə Emin Milli dırnaqarası aktivistdir.

Bu da video: Senator Yaromir Ştetina Dağlıq Qarabağdakı hadisələr haqda
 
BAKU.WS