VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"OPEC və qeyri-OPEC ölkləri yanvarın yekununa görə hasilatı 1,4 mln bar. azalda biliblər. Nəticədə dünya bazarında brent markalı neftin orta qiyməti noyabrla müqayisədə 22% artıb".
 
BAKU.WS-in məlumatına görə, bunu Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib. Onun sözlərinə görə, ötən ilin yanvarı ilə müqayisədə isə Brent markalı neftin orta qiyməti 81% artıb.
 
Bəs bu tendensiya Azərbaycanın neft gəlirlərinə necə təsir edib?
 
Mütəxəssis bildirir ki, Azərbaycanda rəsmi açıqlamaya görə, son ay yarımda gündəlik hasilat 41 min barel azalıb: "Yanvar ayında təkcə Azərbaycan neftinin ixracı Ceyhan terminalından 832 min barel azalsa da, 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə gəlirləri 58% artaraq $570 mln təşkil edib. Neftin qiymətlərindəki artımdan gələn gəlir $209 mln cıvarında olub".
 
Qeyd edək ki, ötən ilin yanvar ayının əvvəllərində Brent markalı neftin 1 barreli 37 dollar civarında olub. Ancaq bir il ərzində Brent markalı neft bahalaşaraq 56 dollara qədər bahalaşıb. 
 
Şahin Həbibov
BAKU.WS