SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıya yağan qar yollarda hərəkəti çətinləşdirdi, bəzi küçələrdə sıxlıq yarandı və təbii ki, yolda qalan sürücülər oldu. Eyni zamanda, piyadalar da hərəkət zamanı çətinliklərlə üzləşdilər. Belə anlarda həm sürücülərin, həm də piyadaların köməyinə yol polisləri gəldi.
 
BAKU.WS avtosfer.az-a istinadən, paytaxtın bir neçə nöqtəsində yol polisinin fəaliyyətini əks etdirən görüntüləri toplayaraq oxuculara təqdim edir.

Bu görüntülərdə yol polislərinin zəhməti tam olaraq əksini tapıb. Onlar qarlı-şaxtalı havada əzmkarlıqla xidmət apararaq hərəkət işitrakçılarına köməklik göstərdilər. Yolda qalan avtomobilləri itələyən, yolu keçə bilməyən piyadalara kömək edən, sürüşkən yolları müəyyən edərək qum və duz səpilməsini təmin edən, yolayrıclarında sıxlığın qarşısını almaq üçün hərəkəti tənzimləyən məhz yol polisləri idi. 
 
BAKU.WS