VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda sevgililərə romantik gecələr təşkil edən yeni xidmət növü yaradılıb.

BAKU.WS xəbər verir ki, yeni xidmət haqqında sosial şəbəkələrdə xüsusi elan paylaşılıb. Maraqlı məqam ondan ibarətdir ki, cütlüklərin romatik dəqiqələrkeçirməsi üçün hətta ölkənin ən böyük stadionu olan Bakı Olimpiya Stadionunda da imkan yaradılır.

Elana görə, istənilən şəxs sevdiyi xanıma yaxud da bəyə stadionda ən unudulmaz sürprizi edə bilər. Belə ki, burada stadiona birbaşa çıxışı olan VİP otaqlar var ki, onlar sevgililərin zövqünə uyğun olaraq bəzədilir. 

Romantik gecə paketinə həm də iki nəfərlik şam yeməyi menyusu, peşəkar fotoçəkiliş, özəl olaraq təbrikin böyük monitorlara yazılması, xüsusi ssenari ilə hazırlanmış sürprizli gün, üstəlik açıq havada gəzinti və sevgi dolu romantik söhbət də daxildir.

Qeyd edək ki, artıq bu təklifi dəyərləndirmək istəyən çoxlu sayda müştərilər də var.
 
Aynur Ələkbərova
BAKU.WS