SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Rusiya Dövlət Duması sədrinin müavini Vladimir Jirinovski SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçovu məhkəməyə verib.

V.Jirinovskinin iddiasına görə, M.Qorbaçovun 2014-cü ildə dərc edilmiş "Kremldən sonra” ("После Кремля”) kitabında o, ekstremist və təhrikçi kimi qələmə verilib.

Bununla əlaqədar, Rusiya Liberal-Demokratlar Partiyasının sədri V.Jirinovski M.Qorbaçova qarşı "şərəf, ləyaqət və işgüzar reputasiyanın müdafiəsi” ilə bağlı iddia irəli sürüb. O, həmçinin kitabın müəllifindən təkzib verməyi və mənəvi ziyana görə bir milyon rubl məbləğində cərimə ödəməyi tələb edir.

AZƏRTAC
BAKU.WS