SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Hadisəni törədən şəxs saxlanılıb

Ağdamda 68 yaşlı qadına təcavüz edilib. IstiPress-in Qarabağ bürosunun məlumatına görə, qadın  rayonun Zəngişalı kənd sakini 32 yaşlı Xəyal Məmmədov tərəfindən əl qolu bağlanaraq zorlanıb. Bu barədə Ağdam rayon Poliş Şöbəsinə zərərçəkənin qızı məlumat verib.

Fakt polis tərəfindən araşdırıldıqdan sonra hadisədə təqsirli bilinən Xəyal Məmmədov Ağdam polisi tərəfindən saxlanılıb. Saxlanılan şəxs hadisəni törətdiyini etiraf edib və həmin zaman spirtli içkinin, eləcə də narkotik maddənin təsiri altında olduğunu deyib.

Faktla bağlı Ağdam rayon Prokurorluğunda cinayət işi başladılıb.
 
BAKU.WS