VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Azərbaycan Cümhuriyyətinin əsas siması Məhəmməd Əmin Rəsulzadənin iki yeni məktubu tapılıb.

 

BAKU.WS Teleqraf.com-a istinadən məlumat verir ki, Türkiyədən Azərbaycan Cümhuriyyətinin əsas siması, Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadəyə aid iki məktub əldə olunub və ilk dəfə olaraq yayımlanır. Məktublar "Bakcell” şirkətinin maliyyə dəstəyi hesabına əldə edilib.


Polşadan Abbasqulu Kazımzadəyə və Məhəmməd Əli Rəsulzadəyə göndərilmiş məktublarda Məhəmməd Əmin Rəsulzadə sağlamlığı barədə dostlarına məlumat verir.

 

Hər iki məktubu həm yazılı, həm də şəkillərlə təqdim edirik. Hər iki məktub 1932-ci ildə yazılıb.

 

Birinci məktub/açıqca


Mur M.Ali Bey.

Kurtuluş, Bozkurt yakası № 41.

İstanbul (Turquie)

14/VII/32

Azizim!

Ayın 2sinden itibaren Lehistanın (Poşanın – D.Ə) bu şirin ve gözel mesiresinde (parkında D.Ə) istirahatta ve tedavideyim. Sizlere selam. Doktorlar tam istirahat talep ettiklerinden uzun yazmıyorum. Afv et.

M.Em.

 

İkinci məktub/açıqca

 

Kazımzade Abbas Bey

Beyazitte, Havuz karşısında "Azerbaycan" kırtasiye mağazasında.

İstanbul (Turquie).

8/VIII/32

Azizim Abbas Bey!

25 ve 28/VII tarihli mektuplarını aldım. Verdiğin hoş haberlere teşekkür ederim. Ayın 20sine kadar buradayım; eger havalar düzelse. Çünkü 5 gündür bozuldu, şimdi açılıyor. Sihhatim: İştiham mükemmel, yukum eyi, şeker sıfır, rengim yanık, gözlerim ferlidir (işıqlıdır – D.Ə.) . 2 kilo da artmışam. Bir-iki kilo da alırsam yeter. İçmekte olduğum su naftuşadır. Nefit kokuyor. Neft-su. Mirza Bey yakin ki kartını almıştır. Arkadaşlara selam. Öperim seni.

M.Em.

 

BAKU.WS