SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Daxili İşlər Nazirliyinin kollegiyası "Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayış”ın formasını təsdiq edib.
 
BAKU.WS-in məlumatına görə, sözügedən hüquqi akt Hüquqi Aktların Dövlət Reyestrinə bu gün daxil olunub.
 
Formanın təsdiqi ilə bağlı qərar sentyabrın 30-dan qüvvəyə minir.
 
Qeyd edək ki, qərar "Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 31 avqust tarixli 588 nömrəli Fərmanının 4.1-ci bəndinin icrasının təmin edilməsi məqsədilə qəbul edilib.
 
BAKU.WS