SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Hava limanlarında istifadə edilmək üçün ölkəyə gətirilən avtobuslar gömrük idxal rüsumuna cəlb edilməyəcək.

Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə dəyişikliklər edib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, dəyişikliklər mülki aviasiya üçün Azərbaycana idxal edilən təyyarə və vertolyotların, onların hissələrinin gömrük idxal rüsumundan azad edilməsi ilə bağlıdır.

Başqa sözlə, indiyə qədər mülki vertolyotlar, boş təchiz olunmuş aparatın kütləsi 2000 kq-dan çox, lakin 15000 kq-dan çox olmayan mülki təyyarələr və digər uçan aparatlar, boş təchiz olunmuş aparatın kütləsi 15000 kq-dan çox olan mülki təyyarələr və digər uçan aparatlar, eyni zamanda mülki aviasiya üçün təzə pnevmatik rezin şinlər, şin protektorları və rezin çənbər lentləri, tormoz, ilişmə və ya analoji qurğular üçün istifadə olunan asbest, digər mineral maddələr əsasında və ya sellüloza tekstillə və digər materiallarla birlikdə, yaxud onlarsız, yığılmamış halda olan friksion materiallar və ya onlardan olan məmulatlar (məsələn, təbəqələr, rulonlar, lentlər, seqmentlər, disklər, şaybalar, ara qatlar), təhlükəsiz şüşə, həmçinin möhkəmləndirilmiş (bərkidilmiş) və ya çoxqatlı şüşə, sıxılmadan alovlanan daxiliyanma porşenli mühərriklər (dizellər və yarımdizellər), bu mühərrikləri üçün nəzərdə tutulmuş hissələr, turboreaktiv və turbovintli mühərriklər, digər qaz turbinləri, maye nasosları, məsrəfölçənlə və ya onsuz; mayelər üçün qaldırıcılar, vakuum və ya hava nasosları, digər hava və ya qaz komressorları və ventilyatorları; ventilyasiya və ya resirkulyasiya sorucu qalpaqlar və ya ventilyatorla və süzgəclə və ya onsuz olan şkaflar, xüsusi təyinatlı mexaniki qurğular və maşınlar, gücü 735 vt-dan artıq mühərriklər, mülki aviasiya üçün sabit cərəyan generatorları, o cümlədən gücü 75 kvt-dan yuxarı, lakin 375 kvt-dan çox olmayan, gücü 375 kvt-dan yuxarı generatorlar, bir fazalı dəyişən cərəyan mühərrikləri (gücü 735 vt-dan yuxarı, lakin 150 kvt-dan çox olmayan), digər çoxfazalı dəyişən cərəyan mühərrikləri (gücü 735 vt-dan çox, gücü 750 vt-dan yuxarı, lakin 75 kvt-dan çox olmayan), dəyişən cərəyan generatorları (sinxron generatorlar) (gücü 75 kVA-dan çox olmayan, gücü 75 kVA-dan yuxarı, lakin 375 kVA-dan çox olmayan, gücü 375 kVA-dan yuxarı, lakin 750 kVA-dan çox olmayan), elektrogenerator qurğuları və fırlanan elektrik dəyişdiriciləri (gücü 75 kVA-dan çox olmayan), qığılcımlı alışma ilə porşenli daxili yanma mühərrikli elektrogenerator qurğuları, daxiliyanma mühərriklərinin qığılcımla və ya yanacaq qarışığının sıxılması ilə alışdırılması və işə salınması üçün elektrik avadanlıqları (məsələn, maqneto, alışdırma makaraları, alışdırma şamları, közərtmə şamları, starterlər); generatorlar (sabit və dəyişən cərəyanlı) və bu kimi mühərriklərlə birlikdə istifadə olunan cərəyankəsicilər, səs və vizual siqnalizasiya elektroavadanlıqları (məsələn, zənglər, sirenalar, indikator panelləri, mühafizə və yanğın siqnalizasiyaları), elektrik maşınları və fərdi funksiyaları olan aparaturalar, mülki uçan aparatlar, hava və aparıcı vintlər və onların hissələri, şassilər və onların hissələri, təyyarə və vertolyotların digər hissələri, uçan aparatlar üçün start avadanlıqları, göyərtə əyləcləri və ya analoji qurğular, uçuş heyəti üçün yerüstü məşq trenajorları; onların hissələri, tənəffüs avadanlıqları və qaz maskaları gömrük dəyərlərinin 0,5 faizi həcmində idxal rüsumuna cəlb ediliblər.

Mülki aviasiya üçün maye nasosları, mayelər üçün qaldırıcılar, elektrik akkumlyatorları, onlar üçün düzbucaqlı (o cümlədən kvadrat) və ya digər formada seperatorlar daxil olmaqla gömrük dəyərlərinin 3 faizi həcmində idxal rüsumuna cəlb ediliblər.

Hava nəqliyyat vasitələrində istifadə olunan oturacaqlar kimi oturacaqlar isə gömrük dəyərlərinin 15 faizi həcmində idxal rüsumuna cəlb olunub. Dəyişikliyə əsasən, bu gömrük idxal rüsumları ləğv edilib.

Digər dəyişikliyə əsasən, mülki aviasiya üçün (hava limanlarında istifadə məqsədi ilə) Azərbaycana idxal ediləcək sürücü də daxil olmaqla, 120 nəfərdən çox adam daşımaq üçün nəzərdə tutulmuş avtobuslar, sürücü də daxil olmaqla, 120 nəfərdən az adam daşımaq üçün nəzərdə tutulmuş avtobuslar da gömrük idxal rüsumuna cəlb edilməyəcək.