VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Azərbaycanda yayılan virusun H3N2 olduğu məlum olub. Həkim, professor Adil Qeybulla deyib ki, bu A virusunun bir formasıdır. 
 
BAKU.WS-in məlumatına görə, söhbət "Honkonq qripi"ndən gedir. Ölkəmizdə yayılan bu qrip ilk dəfə 1968-ci ildə Honkonqda ortaya çıxıb. 
 
Bu epidemiya dünya səviyyəsində təxminən 1 milyondan çox insanın ölümünə səbəb olub. "Honkonq qripi"nin yayılmasının səbəbi köçəri quşlardır. Xəstəlik 2014-2015-ci illərdə yenidən mutasiya edilib və insanların yoluxmasına səbəb olub. 
 
"Honkonq qripi"ndən müdafiənin ən effektiv üsulu – bu peyvənddir. Bu yolla insanın xəstəliyə qarşı immuniteti yaranır və daha ağır fəsadların qarşısı alınır. Hamilə qadınlara xüsusilə, bu xəstəlikdən müdafiə olunmaq əhəmiyyətlidir.  

Nazim Babayev
BAKU.WS