SİZİN REKLAM BURADA!
055 213 76 73


 
5 yanvar tarixində BAKU.WS-in fəaliyyətə başladığı gündən düz 13 il ötür!

Həmişə bizim əsas məqsədimiz Azərbaycan vətəndaşlarına bütün dünyadan, ən əsası isə Azərbaycandan ən maraqlı məlumatları çatdırmaq olacaq. 

BAKU.WS portalının komandası zamanla ayaqlaşmağa və mümkün olan hər şeyi etməyə davam edəcək. Biz ölkəmizin və dünyanın tarixindən faktları göstərmək üçün səy göstərəcəyik. 

Sizin sayənizdə son illər ərzində bizim göstəricilərimiz dəfələrlə artıb. Bizim komanda bütün əhalinin informasiya ehtiyaclarını təmin etmək üçün mümkün olan hər şeyi edir.

Layihənin Azərbaycan versiyası 2 ildir ki, müvəffəqiyyətli şəkildə fəaliyyətə başlayıb. Bununla da bizim oxucularımız ana dilində operativ məlumatlar oxumaq imkanı əldə etdilər. 

BAKU.WS layihəsinin ziyarətçilərinin ümumi sayında Azərbaycandan olan istifadəçilər 70 faizdir. Bu fakt Azərbaycan oxucularının ehtiyaclarını qiymətləndirməyə və bizim ölkəmizin vətəndaşları üçün maraqlı və informativ materialları yerləşdirməyə imkan verir.
 
BAKU.WS-in oxucularının daha rahat xəbərləri izləyə bilməsi üçün biz sosial şəbəkələrdə öz rəsmi səhifəmizi yaratdıq. IOS sistemində çalışan mobil telefonların istifadəçiləri üçün isə pulsuz mobil əlavə (proqram) hazırlandı. Şəxsi videopleyer isə daha interaktiv formatda və yüksək keyfiyyətdə aktual xəbərlərin nümayişinin imkanını artırdı.

Təşəkkür ona görə ki, bütün bu vaxt ərzində bizimlə qalırsınız!

Hörmətlə, BAKU.WS komandası!