SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bir əlində telefon, digər əlində isə siqaret. Belə vəziyyətdə də avtobusu idarə edir. Üstəlik musiqinin səsi də ətrafı bürüyüb.

BAKU.WS xezerxeber.az-a istinadən xəbər verir ki, görüntülər 38 saylı  avtobusda qeydə alnıb. Sərnişinlərdən birinin lentə aldığı kadrlar "Xəzər Xəbər"ə göndərilib. Kadrlarda avtobus sürücüsünün qayda pozuntusu açıq-aydın görünür.

Sürücü avtobusu idarə edə-edə siqaret çəkməklə yanaşı, telefonla danışır. Nəticədə də  sərnişinlərin həyatını təhlükəyə atır.

Məsələyə Bakı Nəqliyyat Agentliyi 38 saylı marşurut xəttinin sahibkarına xəbərdarlıq edib. Daşıyıcı şirkətin xətt rəisi Ələsgər Əsgərov deyir ki, qaydanı pozan sürücü Elşən Hümbətov artıq cəzalandırılıb.

Daşıyıcı şirkətin digər sürücülərinə isə belə halların yaşanmaması üçün  təlimatlar verilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: