SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ermənistan-Azərbaycan sərhəddində atışma başlayıb.
 
BAKU.WS-in məlumatına görə, Ermənistan KİV-i iddia edir ki, Tavuş rayonunun Çinari kəndi ətrafında döyüş gedir.
 
Ermənistan tərəfi snayper və qumbaraatanlardan istifadə edir. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan sosial şəbəkədə döyüş olduğunu yazıb.
 
Eyni zamanda, daha bir məlumata görə, Ermənistan silahlı qüvvələri Baş qərargahının rəis müavini, general-leytenant Enriko Hapriamovun avtomobili Azərbaycanla sərhəddəki döyüş mövqelərindən birinə gedərkən qəzaya düşüb.
 
İlkin məlumata görə, düşmən döyüşlərdə ağır itkilər verib. 
 
Şahin Həbibov
BAKU.WS