VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Azərbaycanda iqtisadi dəyişikliklər bütün sektorlarda olduğu kimi tikinti sektoruna da öz təsirini göstərib. Ölkəmizdə tikinti sahəsində onlarla şirkət fəaliyyət göstərir. Ancaq bu şirkətlər arasında az sayda şirkət hazırkı iqtisadi vəziyyətdən itkisiz çıxmağı bacarıb. Belə şirkətlərdən biri də "Kristal Abşeron”dur.


Şirkətin 3 şəhərdə (Bakı, Sumqayıt və Xırdalan) inşası davam edən 19 layihəsində tikinti tam sürətlə davam edir. Apardığımız müşahidələr göstərir ki, şirkətin bütün layihələrində fasiləsiz iş gedir və binalar nəzərdə tutulmuş vaxtda müştərilərə təhvil veriləcək.


2003-cü ildən "Kristal Abşeron MTK” adıyla öz uğurlu fəaliyyətinə başlamış şirkət bu günədək etibarlılıq və dürüstlük kimi dəyərlərə əsasalanaraq, bir çox böyük layihəyə imza atıb. Bu gün "Kristal Abşeron MTK” ölkənin ən güvənli və keyfiyyətli tikinti şirkətlərindəndir. "Kristal Abşeron MTK” Azərbaycanda ən çox bina tikən şirkətdir. Əksər tikinti şirkətlərinin iqtisadi böhranla mübarizə apardığı bir zamanda, "Kristal Abşeron MTK” yeni layihələrin təməlini qoyur. 2017-ci ildə 3 belə yeni layihənin həyata keçirilməsi planlaşdırılır.


"Kristal Abşeron MTK” bu günə qədər 3 mindən çox mənzilə çıxarış (kupça) verərək sakinləri sevindirib. MTK-nın digərlərindən fərqi binaların vaxtında təhvil verilməsi, fasiləsiz qaz, su və işıqla təmin edilməsidir. Bununla yanaşı, layihələr şəhərin ən əlverişli yerlərində inşa edilir. Məktəb, tibb ocaqları, böyük marketlər və iaşə obyektləri sakinlər üçün əlçatan olur. Mənzillərin daxili ipoteka kreditləri ilə faizsiz satışı isə şirkətin daha bir üstünlüyüdür.


"Kristal Abşeron MTK”nın rəsmiləri bildirir ki, binaların tam təhvil verilməsi üçün şirkət lazımi hazırlıqları əvvəlcədən görüb. Belə ki, şirkətin anbarında kifayət qədər armatur, bütün layihələri təmin edəcək həcmdə sement, santexnika ləvazimatları, parket, qapı və təmirdə istifadə ediləcək digər materiallar var. Bu materiallar şirkətin layihələrinin davam etdirilməsi üçün azı 1 illik ehtiyat deməkdir. Binaların təmiri üçün lazım olan materiallar isə əsasən xarici ölkələrdən alınır. Kəmiyyətə deyil, keyfiyyətə önəm verən şirkət, həyata keçirdiyi layihələrlə müştərilərin rəğbətini də qazanıb.


Müasir təcrübəyə və texnologiyaya yiyələnmiş şirkət müştəri ehtiyyaclarını vaxtında ödəmək üçün dayanmadan çalışmaqdadır. Həyati ehtiyacların ən xırda məqamlarına diqqət yetirmək və daima yeniliklərə imza atmaq "Kristal Abşeron MTK”-nın əsas iş prinsipidir. Şirkət fəaliyyəti boyu öz mükəmməl komanda ruhu ilə yüzlərlə ailəyə gözəl yaşayış təqdim etmək üçün onların xəyallarındakı evləri inşa etməkdə davam edir. 

 

Şirkət haqqında daha ətraflı aşağıdakı linklərdən məlumat almaq olar:

 

kristalabsheron.az

 

https://www.facebook.com/KristalAbsheron/