SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda qaz kəmərində baş verən partlayışın yeni görüntüsü yayılıb. 

BAKU.WS-in məlumatına görə, hadisə Bakı-Ələt yolunun 43-cü kilometrliyində qeydə alınıb. Partlayışdan sonra qaz xəttində yanğın başlayıb. Hadisə yerinə FHN-in canlı qüvvəsi və texnikası cəlb edilib.
 
Əvvəlcə partlayış müşahidə edilib, daha sonra yanğın olub. Hadisə yaşayış məntəqələrinə yaxın ərazidə qeydə alınmadığından, xəsarət alan və ya təxliyyə olunan olmayıb.

Şahin Həbibov
BAKU.WS