SİZİN REKLAM BURADA!
055 213 76 73



ABŞ-da İran və Türkiyə rəsmilərinin görüşü baş tutub.
 
BAKU.WS məlumat verir ki, ABŞ-ın Nyu-York ştatında Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə İran prezidenti Həsən Ruhani arasında baş tutan rəsmi görüşdə masada yalnız İran bayrağı olub. Buna baxmayaraq Əhməd Davudoğlu görüşü davam etdirib.
 
Görüşdə İran prezidenti 5+1 ölkələri arasında müzakirə müddətində keçmişdən bu günümüzə kimi Türkiyənin göstərmiş olduğu konstruktiv mövqe və dəstəyə görə təşəkkürlərini bildirib.

Türkiyə və İran rəsmilərinin görüşündə çəkilən şəkillərdə  Türk bayrağının olmaması, ancaq İran bayrağının yer alması media və sosial şəbəkələrdə müzakirə obyekti olub. İranın bu addımı Türkiyə vətəndaşları tərəfindən birmənalı qarşılanmayıb.
 
Xatırladaq ki, Prezident Ərdoğanın 2014-cü ildə İranda Xamenei ilə baş tutan görüşündə də Türk bayrağının olmaması böyük müzakirələrə səbəb olmuşdu.
 
Ayşən Ayxan
BAKU.WS