VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 


 

Yeni İlə 8 gün qalıb. Artıq paytaxtımızda bayram ab-havası hiss olunmaqdadır. Hər kəs Yeni il gecəsini harada keçirmək barədə düşünür. Bəs görəsən Bakıda əyləncəli Yeni il keçirmək üçün harada və nə qədər pul xərcləməyik?
 
Bu suala cavab tapmaq üçün BAKU.WS əməkdaşları kiçik bir araşdırma aparıb və şəhərin restoran - klublarındakı Yeni il qiymətlərini sizlər üçün hazırlayıb: 

"Fairmont Baku”da yerləşən restoranlarda Yeni il gecəsi:

"BISTRO LE SAM” 

1  nəfər – 90 manat
Uşaqlar – 7-12 yaş 50 faiz endirim
7 yaşdan aşağı pulsuz

Alov Restaurant and Jazz Bar

1 nəfər – 150 manat

Fairmont Gold – bu restoran yalnız xüsusi qonaqlar üçün fəaliyyət göstərir. Yeni il gecəsində burada qiymətlər:
1 nəfər: 250 manat

"JW Marriott Absheron Baku”da restoranlar:

Otelin birinci mərtəbəsində təşkil olunacaq Yeni il şənliyində canlı musiqi olacaq. 
1 nəfər – 95 manat

Açıq bufet olacaq, içkilər pulludur.

Uşaqlar üçün ikinci mərtəbədə xüsusi əyləncələr təşkil olunacaq ki, bu da həmin qiymətə daxildir.

Bundan başqa, otenil yuxarı mərtəbələrində yerləşən restoranlarında qiymətlər:

2 nəfər – 130 manat təşkil edir.

Uşaqlar həmin mərtəbələrə buraxılmır. Çünki həmin məkanlar siqaret çəkənlər üçün nəzərdə tutulub.

Hilton Baku otelindəki restoranlarda:

360 Bar, 25-ci mərtəbə - 1 nəfərlik 150 AZN

Sky Grill, 24-cü mərtəbə - 1 nəfərlik 190 AZN

Silantro, 1-ci mərtəbə - 1 nəfərlik 90 AZN

Uşaqlar – 6-yaşadək pulsuz. Yuxarı yaşlar isə 50 faiz endirim

"Four Seasons Hotel”

"Zafaran” restoranı
1 nəfər – 85 manat
Uşaqlar – 12 yaşa qədər pulsuz

 "Caspian” restoranı
1 nəfər – 175 manat
Uşaqlar – 12 yaşa qədər pulsuz

SEA BREEZE

"Shore House” restoran
1 nəfər – səhnəyə yaxın məsafəyə görə, 150-200-250 manatdır.
8 yaşa qədər uşaqlar pulsuzdur. 8-14 yaş isə 100 manatdır.
Həmin gün səhnədə həm əcnəbi, həm də yerli ifaçının çıxışı gözlənilir.

"Sultan Inn” oteli

"Terra's Garden” restoranı
1-nəfər - 50 manat. Restoran axşam 21:00-dan sonra xüsusi məclis üçün bağlanacaq.

Telequlle Restaurant

1 nəfər – 100 manat (Açıq menyü)
6-yaşa qədər uşaqlar pulsuzdur.

"Excelsior Hotel”

"Belveder” restoranı
25 dekabr- səhər saat 11:00-dan 15:00-a kimi 1 nəfər – 39 manat
Axşam saat 19:00-dan gecəyə kimi – 1 nəfər - 59 manat

Enerji Club Baku

1 nəfər – 150 manatdır. Bu məkana uşaqlar buraxılmır. Çünki məkan 21+-dur.

Elektra Events Hall-da

Ayaq üstə (yalnız giriş) – 1 nəfər 30 manat
Oturacaqlar (yalnız giriş) – 1 nəfər 100 manat
Uşaqlar 16-yaşdan yuxarıdır.

Diskoteka olacaq. Bakının tanlnmış DJ –lərinin çıxışı gözlənilir. Menyu isə həmin gün tərtib ediləcək.

"Eleven”

1 nəfərlik –
80 manat bilet
200 manat restoran zonası
300 manat VİP zona
 
 
Aytən Həsənova
BAKU.WS